AZ

ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu artırıb

BAKI, 10 dekabr. TELEQRAF

ABŞ Energetika Nazirliyi 2025-ci il üçün "Brent" markalı xam neftin qiymət proqnozunu bir barel üçün 68,76 dollardan 68,91 dollara qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə Nazirliyin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq proqnoz məlumatlarında bildirilib.

Nazirliyin hesablamalarına görə, noyabr ayında Brent neftinin orta qiyməti 64 dollar/barel təşkil edib, halbuki oktyabr ayında bu rəqəm 65 dollar/barel, 2024-cü ilin noyabr ayında isə 75 dollar/barel olub.

EIA analitikləri həmçinin 2026-cı ildə "Brent" markalı neftinin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 54,92 dollardan 55,08 dollara qədər artırıblar.

"Biz proqnozlaşdırırıq ki, "Brent" markalı neftinin qiymətləri 2026-cı ilin birinci rübündə orta hesabla bir barel üçün 55 dollara düşəcək və ilin sonuna qədər bu səviyyəyə yaxın qalacaq", - deyə hesabatda bildirilib.

Seçilən
40
1
teleqraf.com

2Mənbələr