Kiyevin böyük bir hissəsi genişmiqyaslı elektrik kəsintiləri nəticəsində işıqsız qalıb.
Publika.az xəbər verir ki, bu barədə "Times of Ukraine" məlumat yayıb.
Nəşrin məlumatına görə, paytaxtın 70%-dən çox ərazisi elektriksiz qalıb.
Dekabrın 9-da Enerji Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Xarchenko bildirib ki, Ukrayna raket zərbələrindən sonra enerji obyektlərini bərpa etmək imkanlarını tükədib və mövcud avadanlıq ehtiyatları yalnız 2–3 hücumu qarşılayacaq qədərdir.