AZ

Odessa bölgəsi zülmətə qərq olub

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Bu gün Rusiya ordusu Odessa bölgəsinin cənubundakı mülki və enerji infrastrukturuna hücum edib. Hücum nəticəsində enerji obyektinə ziyan dəyib.

Reyting.az xəbər verir ki, Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, “Şahed” dronlarından istifadə edən rusların kütləvi hücuma məruz qalıblar.

“Hədəf yenə də mülki və enerji infrastrukturu olub. Aktiv hava hücumundan müdafiə əməliyyatlarına baxmayaraq, ziyan dəyib: enerji obyekti, inzibati bina və bəzi fərdi evlər zərər görüb”, - deyə rəsmi bildirib.

Hücumlar nəticəsində yanğınlar qeydə alınıb və xilasedicilər onları tez bir zamanda söndürüblər, lakin hücum elektrik kəsintilərinə səbəb olub.

İzmail şəhəri və Safyanivska icmasının bir hissəsi elektriksiz qalıb.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
15
reyting.az

10Mənbələr