Bakı. Trend:
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasındadəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, bilavasitə təlim-tədris prosesindəiştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılıolmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdəyay tətili dövründə verilir.
Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edənpedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əməkməzuniyyətləri məktəblərdə yay tətili dövründə və yaişəgötürənin razılığı ilə tədris ili ərzindəveriləcək.