AZ

Bəzi doktorant və dərslik yazan işçilərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq

Bakı. Trend:

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri qaydalarındadəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işəgötürənlə əmək münasibətlərindəolmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcəalmaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərinitamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərsvəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri veriləbilər.

Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olanişçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəarayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyətiverilə bilər.

Layihəyə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqlayanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaqüçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərinitamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləriveriləcək.

Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olanişçilərə işəgötürənlə razılaşdırılmaqla müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı iləvə arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıqməzuniyyəti veriləcək.

Seçilən
20
8
az.trend.az

9Mənbələr