Misli Premyer Liqasında 14-cü tur davam edir.
İdmanxeber.az xəbər verir ki, 4-cü oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.
Əvvəlcə “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edir. Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu isə 6 xalla 11-cidir.
Günün digər matçında isə “Sumqayıt” “İmişli”ni sınağa çəkəcək.
Hazırda “Sumqayıt” 23 xalla turnir cədvəlində 5-ci, “İmişli” isə 15 xalla 9-cu yeri tutur.
Misli Premyer Liqası, 14-cü tur
9 dekabr (çərşənbə axşamı)
17:00. “Araz-Naxçıvan” – “Kəpəz” – 1:0 (Birinci hissə)
QOL: Coşqun Diniyev, 38
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”
19:30. “Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu