Misli Premyer Liqasında 14-cü tur davam edir.
İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Qarşılaşma Naxçıvan təmsilçinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 23 xalla 6-cı, Gəncə klubu isə 6 xalla 11-cidir.
Günün digər matçında isə “Sumqayıt” “İmişli”ni sınağa çəkib. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 1:0.
Hazırda “Sumqayıt” 26 xalla turnir cədvəlində 4-cü, “İmişli” isə 15 xalla 9-cu yeri tutur.
Misli Premyer Liqası, 14-cü tur
9 dekabr (çərşənbə axşamı)
17:00. “Araz-Naxçıvan” – “Kəpəz” – 2:0
QOL: Coşqun Diniyev, 38
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”
19:30. “Sumqayıt” – “İmişli” 1:0
Qol: Rüstəm Əhmədzadə, 82
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu