AZ

TƏCİLİ: Juninyonun "Qarabağ"a qayıdışıyla bağlı yeni xəbər - menecer detalları açıqladı!

"Qarabağ"ın sabiq futbolçusu Juninyonu qaytarmaq yönündə ilkin addımlar atdığını xəbər vermişdik. Xatırladaq ki, Ağdam təmsilçisinin 29 yaşlı hücumçunu icarəyə götürmək istədiyi, bu barədə bilginin futbolçunun məxsus olduğu kluba - "Flamenqo"ya (Braziliya) çatdırıldığı iddia olunur.
Bəs, yayılan məlumatlar nə dərəcədə doğrudu? "Qarabağ" həqiqətən Olavioyla güclənməyi planlaşdırırmı?
"Football-plus.az"ın sualını Ağdam təmsilçisinə yaxınlığıyla bilinən menecer Tural Əsgərov cavabladı. Onun dedikləri:
"Juninyonun Azərbaycana gəlişi mənim vasitəçiliyimlə olub. Bu səbəbdən düşünürəm ki, indi hansısa hərəkətlilik olsa, xəbərim olardı. Deməli, "Qarabağ"ın belə planı yoxdu və olma ehtimalı da həddən artıq zəifdi".
KƏNAN BAHADIR

Seçilən
15
2
football-plus.az

3Mənbələr