Xatırladaq ki, Ağdam təmsilçisinin 29 yaşlı hücumçunu icarəyə götürmək istədiyi, bu barədə bilginin futbolçunun məxsus olduğu kluba - "Flamenqo"ya (Braziliya) çatdırıldığı iddia olunur.
Bəs, yayılan məlumatlar nə dərəcədə doğrudu? "Qarabağ" həqiqətən Olavioyla güclənməyi planlaşdırırmı?
"Football-plus.az"ın sualını Ağdam təmsilçisinə yaxınlığıyla bilinən menecer Tural Əsgərov cavabladı. Onun dedikləri:
"Juninyonun Azərbaycana gəlişi mənim vasitəçiliyimlə olub. Bu səbəbdən düşünürəm ki, indi hansısa hərəkətlilik olsa, xəbərim olardı. Deməli, "Qarabağ"ın belə planı yoxdu və olma ehtimalı da həddən artıq zəifdi".
KƏNAN BAHADIR