AZ

“Karyeramı bitirmək fikrim yoxdur, federasiyanı böyük dəyişikliklər gözləyir” - Tofiq Musayevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycan MMA və Qrapplinq Federasiyasının yeni seçilmiş vitse-prezidenti Tofiq Musayev gələcək planları barədə danışıb.

İdman.Biz-ə açıqlama verən tanınmış qarışıq döyüş sənəti ustası bildirib ki, federasiyadakı yeni vəzifəsi onun idman karyerasına təsir etməyəcək:

“Karyeramı başa vurmaq və məmura çevrilmək fikrim yoxdur. Bu vəzifə mənə MMA-nı daha da inkişaf etdirməyə imkan verəcək. Xüsusilə də regionlarda. Belə ki, regionlarımızda qarışıq döyüş növləri ilə peşəkar şəkildə məşğul olmaq istəyən çoxlu sayda yeniyetmə və gənclər var”, - deyə T. Musayev vurğulayıb.

Onun sözlərinə görə, federasiyada yaxın vaxtlarda ciddi dəyişikliklər gözlənilir:

“Məqsədimiz ölkədə daha çox turnir təşkil etməkdir - təqvim ili ərzində azı üç peşəkar, iki həvəskar yarış keçirməyi planlaşdırırıq. Vitse-prezident kimi bu turnirlərin baş tutması üçün maksimum səy göstərəcəyəm”.

Tofiq Musayev idman karyerası ilə bağlı da məlumat verib:

“Yaxın günlərdə ABŞ-yə hazırlıq toplanışına yollanıram. Fevralın əvvəlində UFC çərçivəsində döyüşüm olacaq. Rəqibim gələn ilin əvvəlində məlum olacaq”.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə:
Seçilən
12
1
idman.biz

2Mənbələr