AZ

Karyeramı bitirmək fikrim yoxdur, federasiyanı böyük dəyişikliklər gözləyir Tofiq Musayev

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının yeni seçilmiş vitse-prezidenti Tofiq Musayev gələcək planları barədə danışıb.

Gununsesi.info-ya açıqlama verən tanınmış qarışıq döyüş sənəti ustası bildirib ki, federasiyadakı yeni vəzifəsi onun idman karyerasına təsir etməyəcək:

“Karyeramı başa vurmaq və məmura çevrilmək fikrim yoxdur. Bu vəzifə mənə MMA-nı daha da inkişaf etdirməyə imkan verəcək. Xüsusilə də regionlarda. Belə ki, regionlarımızda qarışıq döyüş növləri ilə peşəkar şəkildə məşğul olmaq istəyən çoxlu sayda yeniyetmə və gənclər var”, – deyə T. Musayev vurğulayıb.

Onun sözlərinə görə, federasiyada yaxın vaxtlarda ciddi dəyişikliklər gözlənilir:

“Məqsədimiz ölkədə daha çox turnir təşkil etməkdir – təqvim ili ərzində azı üç peşəkar, iki həvəskar yarış keçirməyi planlaşdırırıq. Vitse-prezident kimi bu turnirlərin baş tutması üçün maksimum səy göstərəcəyəm”.

Tofiq Musayev idman karyerası ilə bağlı da məlumat verib:

“Yaxın günlərdə ABŞ-yə hazırlıq toplanışına yollanıram. Fevralın əvvəlində UFC çərçivəsində döyüşüm olacaq. Rəqibim gələn ilin əvvəlində məlum olacaq”.(İdman.Biz)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
icma.az

2Mənbələr