AZ

Keçmiş xanımı Mustafanı məhkəməyə verdi - Aliment ödəmir

Mustafa Sandal yeddi il əvvəl boşandığı keçmiş həyat yoldaşı Emina Yahoviç tərəfindən yenidən məhkəmə iddiası ilə üzləşib.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yahoviç İstanbul Ailə Məhkəməsinə iddia qaldıraraq Sandalın boşanma protokolunun müəyyən müddəalarına əməl etmədiyini, aliment ödəmədiyini və avtomobil icarəsi öhdəliklərini yerinə yetirmədiyini iddia edib.

Xatırladaq ki, Mustafa Sandal və Emina Yahoviç 2018-ci ildə qarşılıqlı razılıqla boşanıblar. İkisi arasında bağlanan razılaşmaya əsasən, iki uşağının qəyyumluğu anaya verilib. Qərara əsasən cütlüyün Beykozdakı evi satılmalı,  Yahoviçə 2 milyon dollar verilməli və 500.000 dollar isə uşaqlara aliment verilməli idi.
 
 


Seçilən
32
7news.az

1Mənbələr