Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.
Hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, xəsarət alanlardan 3-ü azyaşlıdır.
Xəsarət alan bir azyaşlı ölüb. T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.
Məlumata görə, həmin uşaq hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir.