AZ

Zərdabda yol qəzasında baba və nəvə ölüb, ailənin 5 üzvü xəsarət alıb- FOTO - YENİLƏNİB-1

Zərdabda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, azyaşlı T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, azyaşlı hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir.

Qəza nəticəsində Bıçaqçı kənd sakinləri Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam xəsarət alıb.

Qəzaya düşənlər hamısı bir ailənin üzvləridir.

***

12.40

Zərdabda baş verən yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, xəsarət alanlardan 3-ü azyaşlıdır.

***

11.19

Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Fakt araşdırılır.

Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda
Seçilən
26
2
apa.az

10Mənbələr