AZ

Mehdiyevlərə məxsus şirkətdə vətəndaşdan tutulan 31 minlik “xərc”ə görə yalnız bu sənəd verilib

Vətəndaş Əliyev Bəhruz Şahmurad oğlunun “BTB LEASING” ASC-nin vəzifəli şəxsi tərəfindən aldadılaraq xeyli miqdarda pulunu ələ keçirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, vətəndaş aldadılması ilə bağlı prokurorluğa da müraciət edib.

Bəhruz Əliyev müraciətində bildirirdi ki, xeyli miqdarda vəsaiti şirkət tərəfindən heç bir rəsmi sənəd təqdim edilmədən ələ keçirilib. Bəhruz Əliyev 2025-ci ilin yanvar ayında kredit götürmək üçün “BTB LEASING” ASC-yə müraciət edib. Mənzili girov qoyaraq kredit götürüb.

Girov qoyulan mənzil qardaşına məxsus olub. Kredit isə onun qaynının adına rəsmiləşdirilib. Rəsmi sənədlərdə 151.800 manat pul vəsaitinin lizinq alana verildiyi göstərilib. Lakin lizinq şirkətindən vətəndaşa ümumilikdə 120 min manat pul verilib.

Vətəndaş ASC-yə müraciət etdikdə vəzifəli şəxslər qalan 31.800 manatın sənədləşmə üçün xərclərə sərf olunduğunu bildiriblər.

Seçilən
49
1
publika.az

4Mənbələr