Samuxda zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. 2009-cu il təvəllüdlü V.Hacıyev yaşadığı evin hamam otağında çimən zaman dəm qazından boğularaq ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov