AZ

Ötən həftə baş vermiş qəzada xəsarət alan sürücü xəstəxanada ölüb

Bakı–Quba yolunda ötən həftə baş vermiş avtomobil qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

Avtosfer.az-ın məlumatına görə, dekabrın 1-də Bakı–Quba magistral yolunun Yaşma kəndi yaxınlığından keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Sabir Bədəlov ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq dekabrın 8-də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
3
avtosfer.az

4Mənbələr