AZ

Sabir Bədəlov XƏSTƏXANADA ÖLÜB

Ajans.az xəbər verir ki, dekabrın 1-də Bakı–Quba magistral yolunun Yaşma kəndi yaxınlığından keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1972-ci il təvəllüdlü Sabir Bədəlov ağır bədən xəsarətləri alıb. O, təcili olaraq Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq dekabrın 8-də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
24
3
Ajans.az

4Mənbələr