Bakı–Quba magistral yolunun Yaşma kəndi yaxınlığından keçən hissəsində 1 dekabrda iki minik avtomobili toqquşub.
NOCOMMENT.az xəbər verir ki, qəza nəticəsində sürücülərdən biri – 1972-ci il təvəllüdlü Bədəlov Sabir Mahmud oğlu ağır xəsarət alıb.
O, təcili olaraq Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, Sabir Bədəlovun vəziyyətini stabilləşdirmək mümkün olmayıb və o, 8 dekabr tarixində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.