EN

Bakı–Quba yolunda qəza: xəsarət alan sürücü xəstəxanada ölüb

Bakı–Quba magistral yolunun Yaşma kəndi yaxınlığından keçən hissəsində 1 dekabrda iki minik avtomobili toqquşub.

NOCOMMENT.az xəbər verir ki, qəza nəticəsində sürücülərdən biri – 1972-ci il təvəllüdlü Bədəlov Sabir Mahmud oğlu ağır xəsarət alıb.

O, təcili olaraq Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, Sabir Bədəlovun vəziyyətini stabilləşdirmək mümkün olmayıb və o, 8 dekabr tarixində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
48
nocomment.az

1Sources