AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin 11 ayı ərzində 350 blok-qatar, o cümlədən 128 tranzit qatar qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, ADY-dən verilən məlumata görə, qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir.
Məlumata görə, hesabat dövrdə ümumilikdə 123 992 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (105 496 TEU) təxminən 18% çoxdur.
"Cebheinfo.az"