AZ

Braziliyada silahlı SOYGUN – Məşhur rəssamların əsərləri OĞURLANDI

Braziliyada silahlı soyğun: Matissin əsərləri oğurlandı

İnterpress.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb. San-Pauludakı kitabxanadan Anri Matiss və Kandido Portinarinin dəyərli əsərləri qarət edilib.

Məlumata əsasən, silahlı cinayətkarlar San-Paulu kitabxanasına daxil olaraq fransız rəssamı Anri Matissin səkkiz qravürünü oğurlayıblar.

Bundan əlavə, braziliyalı rəssam Kandido Portinarinin beş əsəri də oğurlanıb. Bildirilir ki, oğurlanan bütün əsərlər sərginin bir hissəsi olub.

Məkanda müşahidə kameralarının işlədiyi və incəsənət əsərlərinin sığortalandığı qeyd olunur.

Kimliyi müəyyən edilmiş şübhəlilərdən hələlik heç biri saxlanılmayıb, polis onların axtarışını davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
94
interpress.az

1Mənbələr