AZ

Sumqayıtın qaz təchizatında fasilə olacaq




Sumqayıt şəhərində 2 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Newscenter.az "Azəriqaz" İB-yə istinadən bildirir ki, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=159 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Şeyda
Seçilən
25
3
newscenter.az

10Mənbələr