AZ

Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin imzaladığı Fərmanda kəndtəsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və yaquraşdırılması nəzərdə tutulan müvəqqəti tikililərin dəqiqtəsnifatı verilib. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlardahansı tikililərin inşasına icazə verildiyi öz əksini tapıb. Bu odeməkdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmandanəzərdə tutulan qaydalardan kənar hər hansı tikilinin, o cümlədənbəzi kütləvi informasiya vasitələrində yayımlandığı kimi, betonəsaslı tövlə, anbar, ev və sair tikililərin inşası qadağandır.

Trend xəbərverir ki, bu açıqlamanı mediaya Kənd Təsərrüfatı NazirliyininTorpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyevverib.

O bildirib ki, Fərmanla təsdiqlənən mövcud qaydalara əsasən,kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız torpaq üzərindəyerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətindəistifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarındaninşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edilə vəquraşdıra bilər: “Bu tikililərin xüsusiyyəti Fərmanda açıq şəkildəqeyd olunub. Söhbət xüsusi təyinatlı texnika cəlb edilmədənquraşdırılıb-sökülən, torpaqla beton əsaslı bağlılığı olmayan və yadəmir-beton olmayan, ayrı-ayrı duran dirəkaltı bünövrələr üzərindəquraşdırılan, yüngül inşaat konstruksiyalarından inşa ediləntikililərdən gedir. Eyni zamanda Fərmanda açıq şəkildə qeyd olunurki, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kəndtəsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərlikimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrinmüvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin(personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlərüçün inşa edilir. Yəni, söhbət daimi əsaslı yaşayış evi, tövlə,anbar və digər tikililərdən getmir, kənd təsərrüfatı təyinatlıtorpaqlarda belə tikililərin inşası həm Torpaq Məcəlləsinə, həm dəAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görəyolverilməzdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyev 5 dekabr 2025-ci il tarixində kənd təsərrüfatı təyinatlıtorpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulanmüvəqqəti tikililər barədə məlumatlandırma qaydaları haqqındaFərman imzalayıb. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlardainşasına icazə verilən tikililərin xüsusiyyətləri və təsnifatı özəksini tapıb. Fərmana əsasən, müvəqqəti tikilinin tikinti sahəsi300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6metrdən çox olmamalıdır. Yüngül konstruksiyalı tikili dedikdə,karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan poladdirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac vəya plastik lövhələrdən ibarət tikili nəzərdə tutulur. Bu cürtikililər kənd təsərrüfatı texnikası, ot, yem və digər vasitələrinmüvəqqəti saxlanması, çoban evləri, yataqlar, işçilərin(personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlərüçün inşa edilə bilər.

Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmandagöstərilən qaydalardan kənar hər hansı tikilinin inşası qadağandırvə bu cür addımlar hüquqi, inzibati və cinayət məsuliyyətiyaradır.

Məqalədə:
Seçilən
28
12
az.trend.az

10Mənbələr