AZ

BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası 9 dekabr tarixində Ukrayna ilə bağlı açıq iclas təşkil edəcək.

APA xəbər verir ki, bu barədə məlumatı Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Sloveniya dekabr ayında Şuraya sədrlik edir. İclasın yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır.

Məlumata görə, iclasın keçirilməsi təşəbbüsü Sloveniyanın milli müraciəti əsasında, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Cənubi Koreya tərəfindən dəstəklənib.

Seçilən
62
4
apa.az

7Mənbələr