BMT Təhlükəsizlik Şurası 9 dekabrda Ukrayna mövzusuna həsr olunmuş açıq iclas keçirəcək. Bu barədə məlumatı 7 noyabr tarixində Sloveniyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti verib.
İclasın yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) başlaması planlaşdırılır. Görüşün keçirilməsi Sloveniya tərəfindən, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikasının dəstəyi ilə tələb edilib.