AZ

Venesuela ilə bağlı gizli danışıqları üzə çıxıb

Adı açıqlanmayan Kubalı səlahiyyətlilər ABŞ ilə Venesuela prezidenti Nikolas Maduro rejiminin olmadığı bir dünyanın necə görünəcəyi ilə bağlı danışıqlar aparıblar.

NOCOMMENT.az bildirir ki, bu barədə Reuters xəbər verir.

Agentliyin mənbələri hansı kubalı siyasətçilərin Vaşinqtonla əlaqə saxladığını açıqlamayıb . Başqa heç bir təfərrüat verməyiblər.

Adının açıqlanmasını istəməyən agentlik mənbəsi “Kuba rejiminin bəzi elementləri ABŞ-la əlaqə saxlayıb. Onlar Maduro rejimi olmadan dünyanın necə olacağı ilə bağlı danışıqlar aparıblar” dedi.

Noyabrın sonlarında Kuba ABŞ-ı Venesuela hökumətini devirməkdə ittiham etdi və Amerikanın regionda hərbi mövcudluğunu artırmasını aqressiv təhlükə adlandırdı.

Bundan əvvəl Amerika Universitetinin dövlət idarəçiliyi professoru Uilyam Leoqrande belə bir fikir bildirib ki, Kuba Respublikasında rejimin dəyişdirilməsi Venesuela liderinin devrilməsindən sonra ABŞ prezidenti Donald Tramp administrasiyasının ikinci məqsədi hesab olunur.

Seçilən
47
nocomment.az

1Mənbələr