BAKI, 7 dekabr. TELEQRAF
Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın nəticəsində 25 nəfər ölüb.
Teleqraf"Times of India"ya istinadən xəbər verir ki, ölənlərdə 4-ü turist, 14-ü klub əməkdaşları olub.
Digər 7 nəfərin şəxsiyyəti hələ ki, müəyyən edilməyib.
Hadisə nəticəsində 50 nəfərin yaralandığı qeyd edilib.
İlk məlumata görə, yanğına müəssisənin mətbəxində qaz balonunun partlaması səbəb olub.
Faktla bağlı araşdırma aparıldığı vurğulanıb.