EN

Hindistanda baş verən yanğın nəticəsində 25 nəfər öldü

BAKI, 7 dekabr. TELEQRAF

Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın nəticəsində 25 nəfər ölüb.

Teleqraf"Times of India"ya istinadən xəbər verir ki, ölənlərdə 4-ü turist, 14-ü klub əməkdaşları olub.

Digər 7 nəfərin şəxsiyyəti hələ ki, müəyyən edilməyib.

Hadisə nəticəsində 50 nəfərin yaralandığı qeyd edilib.

İlk məlumata görə, yanğına müəssisənin mətbəxində qaz balonunun partlaması səbəb olub.

Faktla bağlı araşdırma aparıldığı vurğulanıb.

Chosen
69
teleqraf.com

1Sources