AZ

Metroda tez-tez baş verən nasazlıqların səbəbi nədir?VİDEO

Sakinlərin xüsusən də tıxac vaxtı ən çox üz tutduqları Bakı metrosunda son günlər tez-tez problemlər yaşanır. Elə ötən gün də metronun “28 May” stansiyasında hərəkət etmək istəyən qatarda problem yaşandığı üçün sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov"elektrik deposuna göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, məsələyə münasibət bildiriən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, hər sahədə olduğu kimi metroda da nasazlıqlar, qüsur və nöqsanların aşkar edilməsi mümkündür: “Elə dünən baş vermiş hadisə ilə bağlı da onu deyim ki, idarəetmə panelində yaranmış nöqsan qısa müddətdə aradan qaldırılıb və müvafiq araşdırma aparılıb”. 

Qurum rəsmisinin sözlərinə görə, metroda baş verən problemlərdə bir az sərnişinlərin səbirsizliyinin də payı var.

B.Məmmədov deyib ki, “Bakı Metropoliteni” mümkün neqativ halların yaşanmaması üçün lazımi tədbirlər görməkdədir.

Qeyd edək ki, baş verən bu hallar həm də metronun hərəkət istiqamtində gecikmələrə səbəb ola bilir.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
48
2
xezerxeber.az

4Mənbələr