AZ

"Lill" Avropa nəhənglərinin istədiyi istedadla müqavilə yenilədi

Fransa təmsilçisi "Lill" 18 yaşlı yetirməsi Ayyub Buaddi ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

O, müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.

Gənc yarımmüdafiəçi cari mövsüm Liqa 1 və Avropa Liqasında 18 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Buaddinin əvvəlki sözləşməsi 2027-ci ilin iyununda başa çatacaqdı.

Sözügedən istedad PSJ və "Çelsi"nin transfer siyahısındadır.

Nihat

Seçilən
96
fanat.az

1Mənbələr