Fransa təmsilçisi "Lill" 18 yaşlı yetirməsi Ayyub Buaddi ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
O, müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Gənc yarımmüdafiəçi cari mövsüm Liqa 1 və Avropa Liqasında 18 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Buaddinin əvvəlki sözləşməsi 2027-ci ilin iyununda başa çatacaqdı.
Sözügedən istedad PSJ və "Çelsi"nin transfer siyahısındadır.
Nihat