İki boksçumuz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.
"Football-plus.az" xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda tacikistanlı Mehron Şafiyevlə döyüşəcək.
Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta