AZ

S&P: Azərbaycanda CƏB 2025–2028-ci illərdə 3% civarında profisitli olacaq

Azərbaycanın xarici balansı ölkənin ən güclü kredit göstəricilərindən biri olaraq qalır və bu, Dövlət Neft Fondunun (ARDNF) topladığı böyük həcmdə xarici valyuta aktivləri ilə dəstəklənir.

APA-Economics” xəbər verir ki, bu barədə “S&P Global Ratings” reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, bu buferlər kənardan gələn şoklara qarşı əhəmiyyətli dayanıqlıq təmin edir.

Vurğulanıb ki, Azərbaycanın xarici likvid aktivləri ən azı 2028-ci ilə qədər ölkənin xarici borc məbləğindən yüksək qalacaq, xalis beynəlxalq investisiya mövqeyi isə 2025–2028-ci illər üzrə ÜDM-in təxminən 76%-i səviyyəsində olacaq: “İqtisadiyyatın ticarət şərtlərinin dəyişkənliyinə məruz qalmasına baxmayaraq, Azərbaycanın xalis xarici aktivlərinin miqyası mənfi qiymət dövrlərinin xarici likvidliyə və bütövlükdə iqtisadiyyata təsirini əhəmiyyətli dərəcədə azaldır”.

S&P-nin proqnozuna əsasən, cari əməliyyatlar balansı 2025–2028-ci illərdə orta hesabla ÜDM-in 3%-i səviyyəsində qalacaq.
“2028-ci ildə karbohidrogen hasilatının sabitləşməsi və idxal tələbinin investisiya ehtiyacları ilə birlikdə artması fonunda kiçik bir defisitin formalaşması mümkündür”- agentlik əlavə edib.

Seçilən
60
3
apa.az

4Mənbələr