AZ

S&P: Azərbaycanda CƏB 2025 2028 ci illərdə 3% civarında profisitli olacaq

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycanın xarici balansı ölkənin ən güclü kredit göstəricilərindən biri olaraq qalır və bu, Dövlət Neft Fondunun (ARDNF) topladığı böyük həcmdə xarici valyuta aktivləri ilə dəstəklənir. “APA-Economics” xəbər verir ki, bu barədə “S&P Global Ratings” reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, bu buferlər kənardan gələn şoklara qarşı əhəmiyyətli dayanıqlıq təmin edir. Vurğulanıb ki, Azərbaycanın xarici likvid aktivləri ən azı 2028-ci ilə qədər ölkənin xarici borc məbləğindən yüksək qalacaq, xalis beynəlxalq investisiya mövqeyi isə 2025–2028-ci illər üzrə ÜDM-in təxminən 76%-i səviyyəsində olacaq: “İqtisadiyyatın ticarət şərtlərinin dəyişkənliyinə məruz qalmasına baxmayaraq, Azərbaycanın xalis xarici aktivlərinin miqyası mənfi qiymət dövrlərinin xarici likvidliyə və bütövlükdə iqtisadiyyata təsirini əhəmiyyətli dərəcədə azaldır”. S&P-nin proqnozuna əsasən, cari əməliyyatlar balansı 2025–2028-ci illərdə orta hesabla ÜDM-in 3%-i səviyyəsində qalacaq.

“2028-ci ildə karbohidrogen hasilatının sabitləşməsi və idxal tələbinin investisiya ehtiyacları ilə birlikdə artması fonunda kiçik bir defisitin formalaşması mümkündür”- agentlik əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
apa.az

4Mənbələr