AZ

2 manatlıq şirkət Səhiyyə Nazirliyinin tebeliyindəki qurumdan 105 min AZN uddu

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Səhiyyənin Təminat Mərkəzi” PHŞ tərəfindən yeni fəaliyyətə başlamış “Oksigen İstehsalı Müəssisəsi” MMC üçün oksigen balonlarının satın alınması məqsədilə keçirilən tenderin qalibi müəyyənləşib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “NUR SUPPLIER” MMC olub və şirkətlə dəyəri 105.020 AZN olan müqavilənin yaxın günlərdə bağlanacağı gözlənilir.

Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 2 manatdır. “NUR SUPPLIER” MMC-nin qanuni təmsilçisi Rəhimə Yusibova Rəhman qızıdır.

Seçilən
99
nocomment.az

1Mənbələr