Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Səhiyyənin Təminat Mərkəzi” PHŞ tərəfindən yeni fəaliyyətə başlamış “Oksigen İstehsalı Müəssisəsi” MMC üçün oksigen balonlarının satın alınması məqsədilə keçirilən tenderin qalibi müəyyənləşib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “NUR SUPPLIER” MMC olub və şirkətlə dəyəri 105.020 AZN olan müqavilənin yaxın günlərdə bağlanacağı gözlənilir.
Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 2 manatdır. “NUR SUPPLIER” MMC-nin qanuni təmsilçisi Rəhimə Yusibova Rəhman qızıdır.