ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Kubokunun püşkatma mərasimindən əvvəl təqdim edilən ilk FIFA Sülh Mükafatını alıb.
AzPost xarici mediaya istinadən bildirir ki, FİFA Trampa yeni FIFA Sülh Mükafatını təqdim etməklə 2026-cı il Dünya Kubokunun püşkatma mərasiminə siyasi çalar əlavə edib.
Bu, təşkilat tərəfindən insanlar arasında sülhün və birliyin möhkəmləndirilməsinə yönəlmiş hərəkətləri qiymətləndirmək üçün təsis edilmiş ilk mükafatdır. FİFA-nın məlumatına görə, mükafat dünya üzrə beş milyard futbol azarkeşi adından təqdim olunur.
Mükafatı qəbul edərkən Tramp administrasiyasının çoxsaylı münaqişələrin qarşısını almağı bacardığını və qlobal vəziyyətin, onun sözlərinə görə, daha sabitləşdiyini bildirib. O, mərasimdə iştirak etməyi şərəf hesab etdiyini və dünyanı daha təhlükəsiz bir yerə çevirən kursu davam etdirmək niyyətində olduğunu vurğulayıb.