Oğuzda xanım sürücü 2 nəfər xanım piyadanı vurub
NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhər ərazisində baş verib.
Xanım sürücünün idarə etdiyi “KİA” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan piyadalar, 55 yaşlı Qərənfil Kərimovanı və 53 yaşlı Gültəkin Namazovanı vurub. Daha sonra avtomobil “VAZ-2106” markalı avtomobilə dəyib.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.