Ermənistanın Baş naziri Nikol Paşinyan 9-10 dekabr tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək.
APA xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress”ə bildirib.
Berlinə səfərin gündəliyinin digər təfərrüatları hələ açıqlanmayıb.