AZ

Paşinyan Merzin dəvəti ilə təcili Almaniyaya gedir

Olke.az saytına istinadən ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan  gələn həftə Almaniyaya səfər edəcək.

Ölkə.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmisi Sebastyan Hille məlumat verib. 

 Onun sözlərinə görə, Almaniya kansleri Fridrix Merzlə baş nazir Nikol Paşinyan arasında görüş dekabrın 9-da Berlində baş tutacaq. “Danışıqların əsas mövzuları ikitərəfli iqtisadi əməkdaşlıq, regional problemlər, Ermənistan və Azərbaycan arasında sülh prosesi olacaq”, - o qeyd edib.

Danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
16
olke.az

10Mənbələr