AZ

Ard arda kobud qayda pozan sürücü qəza təhlükəsi yaratdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 30-da saat 14:09 radələrində Məhərrəm Seyidov küçəsində qeydə alınıb.

Kadrdan göründüyü kimi, 77-YR-556 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. O, baş yoldan gələn avtomobillərə məhəl qoymadan yolayrıcına daxil olub və bütöv xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. Xoşbəxtlikdən qəza baş verməyib.

Qeyd edək ki, qanunvericiliyə görə yolayrıcında “Yol ver” nişanı varsa, sürücü mütləq baş yoldan gələn nəqliyyat vasitələrinə yol verməli, yalnız qarşı zolaqda boşluq olduqda hərəkətini davam etdirməlidir. Bu qayda həm təhlükəsizliyi təmin edir, həm də qəza riskini azaldır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
154
avtosfer.az

1Mənbələr