AZ

"Çelsi" iki gənc istedadı heyətinə qatır

İngiltərənin "Çelsi" klubu Fransada çıxış edən iki gənc futbolçunu sıralarına cəlb etmək istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Məlumata görə, bunlar "Mets"in 16 yaşlı hücumçusu Brayan Maco və  "Lill"in 18 yaşlı yarımmüdafiəçisi Ayyub Buaddidir. Mənbə "zadəganlar"ın hər iki oyunçunu qış transfer pəncərəsində heyətə qata biləcəyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm Buaddi klubunun forması ilə bütün turnirlərdə 18 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıbsa, Maco "Mets"in sıralarında 7 matçda 2 qol və 1 assistlə diqqət mərkəzinə düşüb.

Nihat

Seçilən
57
1
fanat.az

2Mənbələr