ain.az, Fanat portalına istinadən məlumat yayır.
İngiltərənin "Çelsi" klubu Fransada çıxış edən iki gənc futbolçunu sıralarına cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Məlumata görə, bunlar "Mets"in 16 yaşlı hücumçusu Brayan Maco və "Lill"in 18 yaşlı yarımmüdafiəçisi Ayyub Buaddidir. Mənbə "zadəganlar"ın hər iki oyunçunu qış transfer pəncərəsində heyətə qata biləcəyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm Buaddi klubunun forması ilə bütün turnirlərdə 18 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıbsa, Maco "Mets"in sıralarında 7 matçda 2 qol və 1 assistlə diqqət mərkəzinə düşüb.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.