Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran Premyer Liqasının 12-ci həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” komandası ilə Xuzistan əyalətinin “İstiqlal” komandasının qarşılaşması olub.
Axar.az xəbər verir ki, qarşılaşma ötən gün axşam saatlarında Təbrizin “Bonyan dizel” stadionunda baş tutub.
Oyun Təbriz təmsilçisinin üstünlüyü şəraitində keçirsə də, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bununla da “Traktor” 11 oyunda 17 xalla (red - Rəqiblərindən bir oyun az keçirib) turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Turnir cədvəlinə isə 19 xalla ( 10 oyun) "İstiqlal" klubu başçılıq edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.