AZ

“Traktor” növbəti görüşünü keçirdi

İran Premyer Liqasının 12-ci həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” komandası ilə Xuzistan əyalətinin “İstiqlal” komandasının qarşılaşması olub.
ONN media xəbər verir ki, qarşılaşma ötən gün axşam saatlarında Təbrizin “Bonyan dizel” stadionunda baş tutub.
Oyun Təbriz təmsilçisinin üstünlüyü şəraitində keçirsə də, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bununla da “Traktor” 11 oyunda 17 xalla (rəqiblərindən bir oyun az keçirib) turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Turnir cədvəlinə isə 19 xalla (10 oyun, iki oyun az) "İstiqlal" klubu başçılıq edir.
Seçilən
51
1
onn.az

2Mənbələr