Basketbol üzrə Avroliqada bu gün keçirilməsi nəzərdə tutulan “Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) oyunu təxirə salınıb.
Tribuna xəbər verir ki, güclü yağış səbəbindən arenanın damında sızma olub. Buna görə də matç təxirə salınıb.
Qarşılaşmanın hansı tarixdə təşkil olunacağı bəlli deyil.