AZ

Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

Bakı. Trend:

Qoşulmama Hərəkatı, COP-29, Türk Dövlətləri Təşkilatı, AQEM vədigər platformalarda fəal və nəticəyönümlü sədrlikləri ilə əməlitəsdiqini tapdığı kimi, Azərbaycan həqiqi körpü yaradan vəkonsensusa əsaslanan yanaşmaların sadiq təbliğatçısı olaraqeffektiv çoxtərəfliliyin etibarlı tərəfdarıdır.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasındaçıxışı zamanı deyib.

“Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə buyaxınlarda tam hüquqlu üzvlüyümüz çoxtərəfliliyə töhfə verməkimkanlarımızı daha da gücləndirəcək”, - deyə o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan özünün prinsipial və praqmatikxarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktivəməkdaşlığa sadiqdir.

“Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlikkonsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in rolunainanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilatadaptasiya etməyi bacarmalı və nəzərə çarpacaq nəticələr əldəetməlidir. Yalnız birgə həll yolları nəticə verə bilər. Konsensusprinsipi həmişə bizim kollektiv səylərimizin əsas xüsusiyyəti vəqərarların qəbulu prosesinin təməli olaraq qalmalıdır. Bu anlayışlaATƏT-in funksionallığı və səmərəliliyi ilə bağlı çağırışlarınaradan qaldırılması naminə bütün ATƏT üzv dövlətləri iləkonstruktiv əməkdaşlığa hazırıq”, - deyə o fikrini tamamlayıb.

Seçilən
47
2
az.trend.az

8Mənbələr