AZ

Milli Forum insan hüquqları sahəsində əməkdaşlığı gücləndirir - FOTOLAR

Milli Forum fəaliyyətini iki bölmə üzrə davam etdirir.

QHT.az xəbər verir ki, Forumda qeyri-kommersiya təşkilatlarının və dövlət qurumlarının nümayəndələri insan hüquqlarının müdafiəsi sahəsində dövlət və qeyri-dövlət sektorları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının təşəbbüslərinin dəstəklənməsi və ictimai nəzarətin səmərəli mexanizmlərinin təcrübəyə tətbiqi ilə bağlı öz fikir və mülahizələrini bildirirlər.

Sonda bu təklif və tövsiyələr əsasında insan hüquqlarının təmin edilməsi və müdafiəsində dövlət qurumları ilə qeyri-kommersiya təşkilatlarının sosial tərəfdaşlığını daha da gücləndirməyə yönəlmiş tədbirlər toplusunun təsdiqlənməsi planlaşdırılır.

Seçilən
16
qht.az

1Mənbələr