AZ

Çin 100 dən çox hərbi gəmini bu regiona göndərdi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Çin Şərqi Asiya sularında çox sayda dəniz və sahil mühafizə gəmisi yerləşdirir. İddia olunur ki, onların sayı 100-ü keçib, bu da bu günə kimi ən böyük dəniz qüvvələrinin nümayişidir.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Mənbəyə görə, Çin gəmiləri Sarı dənizin cənubundan Şərqi Çin dənizinə və mübahisəli Cənubi Çin dənizinə qədər uzanan sularda, eləcə də Sakit okeanda toplaşıb:

“Bölgəyə 100-dən çox Çin gəmisi yerləşdirilib. Bu əməliyyatlar, Tayvanın döyüş hazırlığı səviyyəsini artırması zamanı Çinin ötən dekabr ayında həyata keçirdiyi kütləvi dəniz əməliyyatından daha böyük miqyasdadır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
4
axar.az

5Mənbələr